Kiyev keçmiş səhvlərinin acısını çəkir

27-09-2024, 10:34           
Kiyev keçmiş səhvlərinin acısını çəkir
SSRİ dağılandan sonra Ukrayna nüvə silahlarını Rusiyaya təhvil verməsəydi, bu gün Kiyev də Kreml kimi nüvə doktrinasını dəyişib “mənim ərazimə mərmi və raket atanları nüvə silahı ilə vuracam” qərarını elan edərdi.
1994-cü il Budapeşt memorandumuna görə, Ukrayna SSRİ-dən qalma nüvə silahlarını Rusiyaya ötürdü. Kreml bunun qarşılığında Ukraynaya qarşı ərazi iddiası irəli sürməyəcəyi öhdəliyi götürdü.
Görünür, Kiyev elə vaxtdan, yəni Kremllə münasibətlərinin normal olduğu dövrdən Rusiyanın gələcək siyasətindən şübhəli idi.
Budapeşt memorandumunun təminatçı dövlətlərindən biri Amerika Birləşmiş Ştatları idi.
Rusiya 2014-cü ildə Krımı ilhaq edəndə və 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başladıqda nə imzaladığı Budapeşt memorandumunu nəzərə aldı, nə də Vaşinqton təminatçı dövlət olaraq Kremli dayandıra bildi. Bu gün bunun acısını Ukrayna çəkir.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru