Rusiyanın müharibədə canlı itkisi - Yeni şok rəqəm

27-09-2024, 09:11           
Rusiyanın müharibədə canlı itkisi - Yeni şok rəqəm
Müharibədə Rusiyanın itkiləri nə qədər ciddi olsa da, Ukrayna Rusiyanın arxa cəbhəsinə sistemli hücumlar etmədən qalib gələ bilməyəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ ordusunun istefada olan polkovniki Conatan Svit və hərbi-siyasi şərhçi Mark Totun “Hill” nəşrində dərc olunan birgə məqaləsində deyilir.

“Rusiya artıq 600 mindən çox əsgərini (ölü və yaralı) itirməsinə baxmayaraq, Vladimir Putin müharibəni dayandırmağa dair heç bir əlamət göstərmir. Sentyabr ayında o, "Ukrayna ətçəkən maşınına" atılması üçün Rusiya ordusuna daha 180 min əsgərin cəlb edilməsi ilə bağlı fərman imzaladı”, - deyə bildirilib.

Məqalədə vurğulanır ki, Ukrayna ordusu Rusiya qüvvələrini döyüş meydanına çatmazdan əvvəl məhv etməsə, Rusiya hərbi maşınını ballistik və digər raketlərlə pozmasa, müharibədə qalib gəlməyi mümkünsüzdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru