Öldürülən iranlı general Azərbaycanı hədələyərək nə deyib?

29-09-2024, 00:15           
Öldürülən iranlı general Azərbaycanı hədələyərək nə deyib?
Xəbər verdiyimiz kimi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri Abbas Nilforuşan İsrailin Beyruta endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. Məlumatlara görə, İsrailin hücumu zamanı iranlı general "Hizbullah"ın Beyrutdakı qərargahında olub. Qeyd olunur ki, o, Livanda iranyönlü hərbi qüvvələrin fəaliyyətini koordinasiya edib.
Bakupost.az xəbər verir ki, iranlı general Abbas Nilforuşan Azərbaycanda ölkəmizə yönəlik təhdidedici bəyanatları ilə tanınırdı. Belə ki, vaxtilə İslam İnqilabı Keşikçiləri Korpusunun Əməliyyat Komandanlığının komandir müavini olan general 2021-ci ilin oktyabrında Araz çayı sahilində keçirilən iri təlim zamanı Azərbaycanı hədələmişdi. Daha sonra o, Azərbaycana işarə edərə, "İsrail bəzi qonşu ölkələrdə iqtisadi fəaliyyət adı altında İranla bağlı kəşfiyyat məlumatları toplamağa çalışır" demişdi:
“İsrail çarəsizcə iqtisadi fəaliyyət adı altında qonşu dövlətlərin köməyi ilə İran haqqında məlumat toplamaq üçün çarəsiz bir qrup yaratmağa çalışır, lakin başa düşmür ki, İslam inqilabı artıq region xalqları arasında kök salıb”.
Nilforuşan onu da bildirmişdi ki, İran təhdidlərə sülhsevərliklə cavab verir, lakin Azərbaycanla sərhəddə yeni hərbi strategiya hazırlayır: “Biz düşmənlərimizin qonşu ölkələrdə olmasına imkan verə bilmərik. Bu, bizim üçün qəbuledilməzdir və biz öz təhlükəsizliyimizi təmin etməliyik. Bununla əlaqədar olaraq, SEPAH quru qüvvələri İranın şimal-qərbində yeni strategiya həyata keçirir. Lazım olan yerdə düşmənlərimizlə vuruşacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru