“İcazəmizə ehtiyac yoxdur, Rusiyanı vura bilərlər” - ABŞ-dən Ukraynaya “yaşıl işıq”

1-10-2024, 16:29           
“İcazəmizə ehtiyac yoxdur, Rusiyanı vura bilərlər” -  ABŞ-dən Ukraynaya “yaşıl işıq”
“Rusiya ərazisindəki hədəfləri vurmaq üçün Ukraynaya ABŞ-dən icazə almaq lazım deyil. Ukrayna artıq öz silahlarından bu məqsədlə uğurla istifadə edə bilər”.
Bu fikri ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller brifinqdə deyib.

“Ukraynanın Rusiya hədəflərinə cavab zərbəsi endirməsi üçün bizim icazəmizə ehtiyacı yoxdur. O suveren ölkədir və özlərinin yaratdıqları silahlardan istifadə edə bilərlər. Son vaxtlar tətbiq etdikləri proqramlara baxsanız, həmin silahların sayının az olmadığını görərsiniz”, - deyə o, vurğulayıb.

Miller vurğulayıb ki, Ukraynanın özünümüdafiə üçün çoxlu vəsaiti var.

“Ukraynaya nədən Amerika silahları ilə cavab verməyə icazə verilməsin ki?” sualına cavabında Miller qeyd edib ki, Birləşmiş Ştatlar imkanları, taktikaları və ümumilikdə Ukraynaya göstərdiyi bütün dəstəyi bütövlükdə nəzərdən keçirir: “Biz hər hansı yeni silah sistemini və ya istənilən yeni taktikanı təsdiqləyəndə bunun bütün döyüş meydanına və Ukraynanın bütün strategiyasına necə təsir edəcəyinə baxırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru