İran çaşqınlıq içindədir.

3-10-2024, 17:14           
İran çaşqınlıq içindədir.
Hizbullah lideri Həsən Nəsrullahın yerinin İsrail tərəfindən necə müəyyən edildiyi haqqında baş sındırır. Ortada müxtəlif versiyalar var.
Onlardan ən maraqlısı İran ilahiyyatçı-alimi Mustafa Kərəmi tərəfindən irəli sürülüb.
Kərimi belə deyir:
“Nəsrullahla bağlı məlumat yəhudi keşişləri (koen, kohen, kohanim) tərəfindən təlim keçmiş kafir və görünməz cinlər (!!! – İ.N.) vasitəsilə yayılır...Yəhudilər cinlər və astroloji bilgiləri hələ padşah Solomon (Süleyman) zamanında alıblar”.
Sən demə İsrailin xüsusi xidmət orqanları ilə Silahlı Qüvvələri informasiyanı dünyanın ən güçlülərindən sayılan kəşfiyyatından deyil, eramızdan əvvəl yaşamış Süleyman dövründəki cinlərdən alırmış…
Bu da İran, onun alimi və bu da gəlinən mənzil.
Heyif bu gözəl coğrafiyadan!
Kəriminin videosu telegram kanalımda:
https://t.me/ibrahim_nebioglu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru