Ukraynanın müttəfiqləri Almaniyada toplaşır

6-10-2024, 10:58           
Ukraynanın müttəfiqləri Almaniyada toplaşır
Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Ramşteyn aviabazasında Kiyevə hərbi dəstəyi müzakirə etmək üçün beynəlxalq görüşdə iştirak etməyə hazırlaşır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında məlumat yayıb.

“Oktyabrın 12-də Ramstein üçün hazırlaşırıq. Bu, 25-ci, lakin liderlər səviyyəsində ilk görüş olacaq", - Zelenski qeyd edib.

O deyib ki, Qələbə Planını, aydın, konkret addımları müttəfiqlərə təqdim edəcək.

"Tərəfdaşların qətiyyəti və Ukraynanın güclənməsi Rusiyanın təcavüzünü dayandıra bilər”, - deyə Zelenski yazıb.

Ukraynanın 50-dən çox müttəfiqinin, o cümlədən ABŞ prezidenti Co Baydenin Frankfurt yaxınlığındakı Ramşteynə toplaşacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru