Çin İsrail-İran konfliktinin daxilində uzunmüddətli strategiyasını həyata keçirmək üçün...
11-10-2024, 10:44
Bir neçə məsələ barədə bir neçə əlavə TEZİS:
1. İstər ABŞ-nin, istərsə də, İsrailin İrana qarşı siyasəti İranın Yaxın Şərqdə təsirini sürətləndirməyə və Tehranın nüvə silahına doğru əhəmiyyətli irəliləyiş əldə etməsinə maneə yaratmayıb.
Deməli:
- ABŞ-nin Əfqanıstanla başladığı Yaxın Şərq siyasətinin yeni epoxasında İranla olan sövdələşmələri Tehrana yardımçı olub,
- ABŞ-nin İraqa müdaxiləsi ilə Tehran-Vaşinqton arasındakı gizli tərəfdaşlıq İranın Yaxın Şərq arenasında qeyri-dövlət aktorlarını yaratmağa kömək edib,
- İsrail İranla ABŞ arasındakı sövdələşmələr və hazırda davam edən nüvə danışıqlarının arasında qalmaqdansa, Vaşinqtonun xətlərindən kənara çıxmağı üstün bir siyasət kimi nümayiş etdirir.
2. Yaxın Şərqdə münaqişələrin sonlanmasındansa, mövcud eskalasiyalara idarəedici formada hökmran olmaq uğrunda region ölkələri ilə yanaşı, qlobal güclər kontekstində Rusiya, ABŞ və Çin arasında güclü rəqabət gedir. Bunun müşayiətində:
- Nə İsrailin, nə də İranın dünyaya fundamental baxışlarının dəyişəcəyi ehtimalları var,
- İranın xarici əlaqələri indi xüsusilə Rusiya və Çin tərəfindən gücləndirilir ki, bu da Tehranı təcrid etməyin çətinliklərini vurğulayır,
- İsrailin arxasında ABŞ dayansa da, Təl-Əviv təkbaşına uzunmüddətli strategiya qurmaq prinsipindən çıxış edir, lakin bu da onun Pekinlə əlaqələrinə baxışda müştərək plan qurmaq ehtimallarını arxa plana atmır.
3. İranın nüvə silahı həddinə yaxınlaşması fonunda İsraillə olan gərginliyi idarə etmək üçün Çinin vasitəçilik səylərinə analitik inam formalaşır. Çünki:
- Çin Yaxın Şərqdə İranla Səudiyyə Ərəbistanının mütləq formada olmasa da, barışığına nail oldu,
- Çin Fələstindaxili problemləri həll etdikdən sonra İsraillə Fələstinin mümkün danışıqlarında moderator qismində görünməyə həvəslidir,
- Yekunda Çin İsrail-İran konfliktinin daxilində uzunmüddətli strategiyasını həyata keçirmək üçün Tehran-Təl-Əviv danışıqlarının başladılması üçün düyməyə basa bilər.
Aqşin Kərimov,
Siyasi təhlilçi
TEREF