Zelenski ilə Makron arasında aparılan danışıqların təfərrüatı məlum oldu

11-10-2024, 09:28           
Zelenski ilə Makron arasında aparılan danışıqların təfərrüatı məlum oldu
Ukrayna prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla görüşdə birgə silah istehsalı məsələsini müzakirə edib.

Oxu.Az "Eurointegration"a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri məlumat verib.

Zelenskinin sözlərinə görə, silahların birgə istehsalı məsələsi ayrıca müzakirə olunub.

"Biz bu əməkdaşlığı genişləndirməliyik. Razılığa gəldik ki, bununla bağlı iş müdafiə nazirləri səviyyəsində aparılsın", - Zelenski bildirib.

Xatırladaq ki, sentyabrın 25-də Makron ABŞ-də BMT-nin Baş Assambleyasının 79-cu sessiyasında çıxış edib. Tədbir zamanı o, Fransanın Ukraynaya silah tədarükünü davam etdirəcəyini və onun müqavimətini dəstəkləyəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru