Rusiya müharibə taktikasını dəyişdi: -Ərzaq bahalaşacaq?

11-10-2024, 12:16           
Rusiya müharibə taktikasını dəyişdi: -Ərzaq bahalaşacaq?
Rusiya - Ukrayna müharibəsi 2022-ci ildən bəri dünyanın diqqət mərkəzində qalmaqda davam edir. Bu həftə Qara dənizdə baş verən son hadisələr Rusiyanın müharibə strategiyasını dəyişdiyini göstərib.

Publika.az xəbər verir ki, son zamanlar Rusiyanın Ukrayna kommersiya gəmilərini hədəfə alması müharibəni yeni ölçüyə daşıyacağı iddialarını gündəmə gətirib.

Ukrayna bildirib ki, Rusiya Qara dənizdə taxıl daşıyan ticarət gəmilərinə bir sıra raket hücumları təşkil edib. Rəsmilər Rusiyanın hücumu nəticəsində ərzaq qiymətlərində uzun müddət davam edən sabitliyin pozulacağını bəyan ediblər. Digər tərəfdən, Rusiyanın bu hücumda məqsədinin Ukraynanı qorxutmaq olduğu düşünülür.

Rusiyanın taxıl daşıyan gəmilərə hücum etməsi iddiası ilk dəfə gündəmə gəlmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru