Putin Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsi hesab edir - RƏY

13-10-2024, 08:54           
Putin Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsi hesab edir - RƏY
O, ABŞ ilə bir masa arxasında oturub dünyanı bölüşdürmək istəyindədir

Qərb liderləri isə Putinlə yeni masada əyləşib dünyanı onunla bölüşmək istəmir

Rusiya Prezidenti Vladimir Putin çoxqütblü dünyanın formalaşması və yeni dünya nizamının yaradılması üçün Qərblə müzakirələri təklif edib. Putin Aşqabadda “Dövrlər və sivilizasiyalar arasındakı əlaqə - Sülhün və inkişafın əsası” adlı forumda çıxışında deyib ki, bütün bunlar bu gün də ağıllı insanlar üçün yaxın və başadüşüləndir: "Xüsusilə dünyanın sivilizasiyanın qırılma xətlərinin yaratdığı misli görünməmiş təhlükələrlə, millətlərarası və konfessiyalararası münaqişələrlə üzləşdiyi, beynəlxalq münasibətlər zəmanəsinə qədəm qoyduğu indiki çətin şəraitdə aktualdı". Ekspertlərə görə, Putinin çıxışından aydın olur ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları yeni dünya nizamında çoxqütblü dünyanın yaradılması və öz təsir dairəsinin formalaşdırılmasına hesablanan siyasi addımdır.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Rusiya prezidentinin Türkmənistanda verdiyi bu bəyanat təsadüfi deyil:

"Mərkəzi Asiya uğrunda Qərblə Rusiya arasında rəqabət kəskinləşib. Burada Çin də mühüm rol oynayır. Amma Mərkəzi Asiya ölkələri Qərblə əməkdaşlıqda daha maraqlı görunur. Çünki Rusiya gələcək perspektivdə bu ölkələrin suverenliyini məhdudlaşdıra bilər. Bu il ərzində Fransa, Almaniya liderləri Mərkəzi Asiya ölkələrinə səfər edib. ABŞ bu ölkələrlə siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirib. Mərkəzi Asiya ölkələrinin prezidentlərinin iştirakı ilə konfranslar təşkil edib. Məhz baş verən bu proseslər fonunda Kreml rəhbərliyi Qərbin Mərkəzi Asiya siyasətindən narahatdır".
Ekspertin fikrincə, Mərkəzi Asiyanı Putin Rusiyanın təsir dairəsi hesab edir: "Putin ABŞ ilə bir masa arxasında oturub dünyanı bölüşdürmək istəyindədir. Qərb liderləri isə Putinlə yeni masada əyləşib dünyanı onunla bölüşmək istəmir. Məhz Ukraynada müharibə bunun nəticəsidir. Rusiyanın yenidən fövqəldövlət statusu əldə edib, ikiqütblü sistem qurmasına ABŞ və Böyük Britaniya icazə verməyəcək. Ona görə də Putin hərbi yolla yeni siyasi nizam yaradıb, Rusiyanın təsir dairəsinin formalaşmasına çalışır. Əgər Ukraynada Rusiya müəyyən uğurlar əldə edərsə, Mərkəzi Asiya ölkələrinə təzyiqləri gücləndirməsi mümkündür. Ona görə də ABŞ başda olmaqla Qərb ölkələri isə Rusiyanın regional dövlət statusunda qalması üçün bütün ssenariləri tətbiq edəcəklər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.