Kadırovun "qan davası" bəyanatından sonra ARA QARIŞDI
13-10-2024, 09:15
Çeçenistan, Dağıstan və İnquşetiyada yerli sakinlər arasında mübahisələr fonunda "Telegram"da nasazlıqlar yaranıb.
Dağıstan "Telegram" kanalları Çeçenistan rəhbəri Kadırovun qan davası elan etdiyi senator Süleyman Kərimovu dəstəkləyən yazılar dərc etməyə başlayandan sonra sözügedən platforma Çeçenistan, Dağıstan və İnquşetiyada fasilələrlə işləməyə başlayıb.
Bu barədə “Осторожно, новости” "Telegram" kanalı yazır.
Vurğulanır ki, Dağıstan "Telegram" kanallarında Kadırova ünvanlanan neqativ mesajlar yer alır, istifadəçilər isə Kərimovu xeyriyyəçilik fəaliyyətinə görə tərifləyirlər.
Bundan əlavə, İnquşetiya Xarici Əlaqələr Nazirliyi sosial şəbəkələrdə etnik ədavəti qızışdırmaq məqsədilə təxribatlar elan edib. Bu yazı “Kadırovun adamlarını cəzalandırmağa” çağıran mesajın skrinşotu ilə müşayiət olunub.
Bunun fonunda Şimali Qafqaz sakinləri "Telegram"ın işində fasilələr müşahidə ediblər. Qeyd olunur ki, yerli ictimaiyyət bunu hakimiyyət tərəfindən qoyulan məhdudiyyətlərlə əlaqələndirir.
Oktyabrın 9-da Kadırov iddia edib ki, Dağıstandan olan senator Süleyman Kərimovun və Dövlət Dumasının 2 deputatının adını çəkərək onların çeçen rəhbərinin öldürülməsi ilə bağlı sifariş verdiyini söyləyib. Əgər həmin şəxslər əksini sübut etməsələr, Çeçenistan rəhbəri onlara qarşı qan davası elan edir. \\Ölkə.Az