Məşhur jurnalın üz qabığında fotosu olacaq

13-10-2024, 09:54           
Məşhur jurnalın üz qabığında fotosu olacaq
Oktyabr ayında amerikanın məşhur “The New Yorker” jurnalının üz qabığında rusiyalı müxalif siyasətçi Aleksey Navalnının portreti yer alıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə nəşrin saytında xəbər verilib.

Qeyd olunur ki, buraxılış oktyabrın 21-də işıq üzü görəcək. Nəşrdə Navalnının son illərdə həbsdə yazdığı gündəliklərindən bir parça dərc olunacaq.

Bildirilib ki, Navalnının portretini rəssam Oven Smit çəkib.

Qeyd edək ki, A.Navalnı bu il fevralın 16-da cəzaçəkmə müəssisəsində özünü pis hiss edib. Hadisə yerinə gələn həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Siyasətçinin tromb yaranması səbəbindən öldüyü ehtimal edilirdi. O, martın 1-i Moskvada dəfn olunub.

Xatırladaq ki, Aleksey Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru