Tramp öz ampluasında - ABŞ"Yaxın aylarda dünya müharibəsi başlaya bilər"
13-10-2024, 12:34
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Amerika administrasiyasının hərəkətləri səbəbindən yaxın 3-4 ay ərzində dünya müharibəsi riskinin yüksək olacağı barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, o, bu barədə Kaliforniyada RSBN media şirkəti tərəfindən "YouTube"da yayımlanan mitinq zamanı bildirib .
Trampın sözlərinə görə, o, hazırkı hakimiyyətin qlobal münaqişəyə səbəb ola biləcəyindən narahatdır. O, hökumətdən olan insanların hərəkətlərinin bu cür hadisələrə səbəb ola biləcəyini vurğulayıb.
Tramp yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni tez bir zamanda həll edə biləcəyini və “Yaxın Şərqdəki xaosa son qoyacağını” bildirib.
ABŞ prezidentliyinə namizəd seçkidə qalib gələcəyi təqdirdə “sülhün yenidən hökm sürəcəyinə” əmin olduğunu bildirib. O qeyd edib ki, vitse-prezident və Demokratların namizədi Kamala Harris qələbə qazanarsa “dünya tüstülənəcək”.