Ankara istənilən varianta razıdır, təki - Politoloqun rəyi

14-10-2024, 10:14           
Ankara istənilən varianta razıdır, təki - Politoloqun rəyi
Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu nəqliyyat dəhlizinin ya Ermənistan, ya da İran üzərindən qısa zamanda açılacağını qətiyyətlə bildirib. O bunun zaman məsələsi olduğunu deyib. Yaxın Şərqdəki hadisələr, o cümlədən İsrail-İran müharibə ehtimalının artması fonunda Orta dəhlizin İrandan keçəcəyi mümkün görünmür. Müharibə başlayarsa yüklərin İrandan daşınması risqli olacaq. Ümid qalır Zəngəzur dəhlizinin açılmasına. Nikol Paşinyan son açıqlamasında 9 noyabr 2020-ci il üçtərəfli bəyanata uyğun olaraq dəhlizin Rusiya hərbçilərinin nəzarətinə etiraz etmədiyinə eyham vurub. Rəsmi Bakı dəhlizin Rusiyanın nəzarəti altında olmasına etiraz etmir. Ankaranın da Rusiya hərbçilərinin dəhlizə nəzarət etmələrinin əleyhinə bəyanatı yoxdur. Ankara istənilən varianta razıdır, təki Orta dəhliz işə düşsün və Çindən çıxan yüklər qısa zaman kəsiyində Türkiyəyə çatdırılsın.
Elxan Şahinoğlu
TEREFmç












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru