Putin də Ukraynaya qarşı işğalçı müharibədə döyüşənləri "yeni elita" adlandırır və

14-10-2024, 10:35           
Putin də Ukraynaya qarşı işğalçı müharibədə döyüşənləri "yeni elita" adlandırır və
Schutzstaffel və ya SS (tərcüməsi "müdafiə eskadronu") Hitler dönəmində nasist ideologiyası tərəfindən yeni alman elitası hesab olunur və belə də adlandırılırdı. SS həm də 3-cü Reyxin ən çirkli işlər görən hərbiləşdirilmiş qurumu, sonradan faktiki paralel ordu strukturu olub.
SS dəstələri xüsusi səlahiyyətlərə malik idilər və hətta Polşanın işğalından sonra Vermaxt generalları bu dəstələrin vəhşilik törətdiyini məruzə edəndə fürer xüsusi sərəncam imzalayıb hərbi tribunala SS haqqında cinayət işi açmağı qadağan etmişdir.
Sonrakı illərdə 3-cü Reyxin ən yüksək hakimiyyət mövqelərinə kütləvi şəkildə bu qurumun təmsilçiləri yerləşdirilmişdir.
Maraqlıdır ki, bu gün Putin də Ukraynaya qarşı işğalçı müharibədə döyüşənləri "yeni elita" adlandırır və onların yerli seçkili hakimiyyət orqanlarında təmsilçiliyi üçün xüsusi kvotalar müəyyən olunub.
Ərəstun Oruclu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru