"Bloomberg": "Avropanın tənəzzülü qarşısıalınmazdır"

14-10-2024, 16:24           
"Bloomberg": "Avropanın tənəzzülü qarşısıalınmazdır"
"Avropanın tənəzzülün qarşısını almaq üçün çox az vaxt qalıb".

Bununla bağlı "Bloomberg" agentliyi məqalə dərc edib.

Qeyd olunub ki, Avropa İttifaqı (Aİ) "siyasi iflic", xarici təhdidlər və qlobal ambisiyalarını təhdid edən iqtisadi böhranla üz-üzə qalaraq, böyük təlatüm astanasındadır.

Xəbərdarlıq əlamətləri arasında ifrat sağçıların populyarlığının böyük artımı, Almaniyada avtomobil zavodlarının bağlanması, süni intellektə məhdudiyyətlər səbəbindən İT nəhənglərinin getməsi və aşağı məhsuldarlıq artımı daxildir.

Analitiklər bildirirlər ki, Avropa artıq resurslara sahib olan ABŞ və Çinə böyük fərqlə uduzur. Avropanın qlobal oyunçu kimi tənəzzülü isə onilliklər boyu davam edən artımdan sonra qarşısıalınmaz ola bilər.

"Bloomberg" aydınlaşdırır ki, Avropa ölkələri həyat standartlarını bir daha yüksəltmək üçün Rusiya ilə ticarət razılaşmalarından faydalana bilər. Eyni zamanda, blokun Çin iqtisadiyyatından asılılığı da artır.

Makron şikayət edib ki, ucuz rus yanacağının əldən buraxılması artıq Avropa iqtisadiyyatının çiçəklənməsinə imkan vermir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.