Ermənilər panikada: lokal döyüşlər gözlənilir

14-10-2024, 10:33           
Ermənilər panikada:
“Azərbaycan üçün COP29-u ləğv etməmək son dərəcə vacibdir. Ona görə də nazir Həsənovun göstərişinə baxmayaraq, mən genişmiqyaslı əməliyyatların mümkünlüyünü yüksək hesab etmirəm”. Tribunainfo.az bildirir ki, bu fikirləri hərbi ekspert Davit Harutyunov səsləndirib.

Onun sözlərinə görə, tədbir noyabrın əvvəlində başa çatacaq. “Hesab edirəm ki, bundan sonra vəziyyət yavaş-yavaş dəyişə bilər. Çünki danışıqlar prosesi faktiki olaraq dalana dirənib və təcrübə göstərir ki, belə vəziyyətlərdə Azərbaycan tərəfi tez-tez güc tətbiq edir”.
Hartyunov düşünür ki, Azərbaycanın genişmiqyaslı əməliyyatlara getməyəcək. “Sərhəddə lokal təxribatlar ola bilər. Hazırda gərginliyin hansı istiqamətdə artacağını və hansı xarakter daşıyacağını söyləmək bir qədər çətindir. Amma bunun müharibə xarakterli olmayacağına demək olar ki, əminəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru