Estoniya prezidenti:"Rusiyanın təcavüzü və Qarabağda "dondurulmuş" münaqişə davam edir"

22-09-2016, 09:51           

"Dövlət sərhədlərinin toxunulmazlıq prinsipi və bunda gücdən istifadə qadağası BMT nizamnaməsinin mərkəzində durur. Bu prinsip Rusiya tərəfindən kobud şəkildə pozuldu, amma Birləşmiş Millətlər Təşkilatı bununla əlaqədar heç bir tədbir görmədi".

Bu bəyanatla BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxışı zamanı Estoniya prezidenti Toomas Hendrik İlves çıxış edib.

"Rusiyanın Ukraynaya qarşı təcavüzü davam edir. Ukrayna və Gürcüstanın əraziləri hələ də xarici qüvvələrin işğalı altındadır. Dağlıq Qarabağ və Dnestryanıda "dondurulmuş" münaqişələr davam edir", – deyə o bildirib.

Toomas Hendrik İlves beynəlxalq hüquq normalarına riayət olunmasını təmin etməyə imkan verəcək mexanizmlər yaradılmasınının zəruri olduğunu qeyd edib. O hesab edir ki, BMT bu istiqamətdə işə başlamazsa, öz aktuallığını itirəcək. (Report)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.