"İran və ABŞ arasındakı danışıqlar regiondakı xüsusi vəziyyətə görə dayandırılıb" - Əraqçi

Bu gün, 10:44           
"İran və ABŞ arasındakı danışıqlar regiondakı xüsusi vəziyyətə görə dayandırılıb" - Əraqçi
Omanın vasitəçiliyi ilə İran və ABŞ arasındakı danışıqlar prosesi Yaxın Şərqdəki xüsusi vəziyyətə görə dayandırılıb.

İRNA agentliyi xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Maskata səfəri zamanı bildirib.

“Bölgədəki xüsusi vəziyyətə görə hazırda Maskat prosesi dayandırılıb. İndi danışıqlar üçün əsas görmürük. Mövcud böhrandan çıxa bilən kimi bu işə qayıdıb-qayıtmayacağımıza qərar verəcəyik”, - XİN başçısı deyib.

Onun sözlərinə görə, Oman həmişə Yaxın Şərqdə mühüm rol oynayıb, müxtəlif münaqişələrin həllinə kömək edib və Tehran ilə Vaşinqton arasındakı münasibətlərdə vasitəçilik xidmətləri göstərib.

“Həm ABŞ, Avropa ölkələri, həm də region ölkələri İranın mövqeyinin necə olduğunu bilməlidir. Mövqeyimiz tam aydındır. Dəfələrlə təkrar etmişik ki, müharibə və münaqişələr istəmirik, halbuki buna tam hazırıq. Hesab edirik ki, diplomatiya işləməli və bunun qarşısını almalıdır. Region yüksək hazırlıq vəziyyətindədir və genişmiqyaslı münaqişələr astanasında ola bilər, diplomatiya isə böyük böhranların qarşısını almaq və gərginlikdən və müharibədən yayınmaq üçün yeganə yoldur”, - Əraqçi fikrini tamamlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.