ABŞ İsraili silah tədarükünü dayandırmaqla hədələyib

16-10-2024, 08:34           
ABŞ İsraili silah tədarükünü dayandırmaqla hədələyib
ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Qəzza zolağındakı humanitar vəziyyətə görə İsrailə silah embarqosu tətbiq etməklə hədələyiblər.

"Reuters" bu barədə Amerika rəsmilərinin məktubuna istinadən məlumat yayıb.

Məktubda vurğulanır: “Biz indi Qəzzada humanitar vəziyyətin pisləşməsi ilə bağlı ABŞ hökumətinin dərin narahatlığını vurğulamaq üçün yazırıq”.

Qeyd olunur ki, Blinken və Ostin vəziyyəti düzəltmək üçün İsrailə bir ay vaxt verib.

Bildirilir ki, ABŞ-ın yüksək rütbəli rəsmiləri oktyabrın 13-də İsrailin strateji planlaşdırma naziri Ron Dermer və müdafiə naziri Yoav Qalanta məktub göndəriblər. Vaşinqton sentyabrda Qəzzaya humanitar yardımın həcminin azalmasından narahatlığını ifadə edib.

Bundan əvvəl Livanın "Hizbullah" hərəkatı İsrailə qarşı hücumların dayandırılması üçün şərt qoymuşdu. Təşkilatın baş katibinin müavini Şeyx Naim Kassem bildirib ki, İsrailin hərbi əməliyyatları davam edərsə, hərəkat hücumların miqyasını artırmağa davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru