Rusiyanın hərbi yolla sülhə məcbur edilə biləcəyinə əmin deyiləm - Borrell

16-10-2024, 10:23           
Rusiyanın hərbi yolla sülhə məcbur edilə biləcəyinə əmin deyiləm - Borrell
Rusiya tərəfinin geniş potensialı var və çətin ki, ölkə Qərbin təxribatına uysun.
Qərb ölkələri belə fikirdədirlər ki, Ukraynanın siyasi və hərbi cəhətdən güclənməsi Rusiyanı sülhə vadar edəcək və rəhbərliyi danışıqlar masasına oturmağa məcbur edəcək.
Aİ diplomatiyasının rəhbəri Josep Borrell bu yanaşmanı Aİ Xarici İşlər Nazirliyi Şurasının Lüksemburqda keçirilən iclasından sonra şərh edib.
Onun sözlərinə görə, belə bir şəraitdə barışıq əldə etmək "çox uzaq perspektiv" kimi görünür. Rusiya tərəfinin geniş potensialı var və çətin ki, ölkə Qərbin təxribatına uysun.
Borrell bir müddət əvvəl belə bir fikir səsləndirmişdi ki, Qərb ölkələri Kiyev rejiminə dəstəyi dayandırsalar, Ukraynada münaqişə tezliklə bitəcək. Siyasətçi Kiyevə cəmi 15 gün "verib".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.