“Ukrayna NATO-nun üzvü olacaq” – Rutte

17-10-2024, 18:28           
“Ukrayna NATO-nun üzvü olacaq” – Rutte
NATO-nun baş katibi Mark Rutte bildirib ki, o, Ukraynanın Alyansa 33-cü və ya 34-cü üzvü kimi qoşulacağını istisna etmir, lakin o, jurnalistlərin Ukraynanın Alyansa dəvət edilməsinin mümkün olub-olmaması ilə bağlı suallarına dəqiq cavab verməyib.

Tribunainfo.az xəbər verir ki, o, bunu Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

Rutte qeyd edib ki, hazırda NATO-nun 32 üzvü var.

“İndi deyəsən, 33 nömrəli Ukrayna olacaq, amma ola bilsin ki, onun qarşısında başqa biri çıxsın. Amma Ukrayna gələcəkdə NATO-nun üzvü olacaq”, – Rutte əminlikləm ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru