Zelenski "qələbə planı”nı Avropa İttifaqı və NATO müttəfiqlərinə təqdim edib

18-10-2024, 00:14           
Zelenski "qələbə planı”nı Avropa İttifaqı və NATO müttəfiqlərinə təqdim edib
Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı deyib ki, Rusiyanın Ukraynadakı müharibəsini dayandırmağın və bunun bir daha baş verməməsinin açarları Avropanın birliyində, Rusiyaya təzyiqdə və Ukraynanı gücləndirməkdədir.

"Rusiya diplomatiyaya güc yolu ilə heç nəyə nail ola bilməyəcəyində əl atacaq. Biz bu müharibəyə son qoymaq üçün lazımi şərait yaratmalıyıq" - deyə, Zelenski Avropa İttifaqı liderləri qarşısında çıxış etmək və NATO-nun müdafiə nazirləri ilə görüşmək üçün Brüsselə səfəri zamanı bildirib.

Bu görüşlər Zelenskinin Qərb müttəfiqlərinə “qələbə planını” təqdim etmək üçün son fürsətdir.

Çərşənbə günü Ukrayna parlamentindəki çıxışında Zelenski Rusiyanın 32 aylıq hərbi müdaxiləsinə son qoyulmasına başıxışı, o cümlədən NATO-ya qoşulmaq üçün qeyd-şərtsiz dəvəti və Rusiyanı təcavüzdən qeyri-nüvə yolu ilə çəkindirməyə dair fikirlərini bölüşüb.

NATO-nun baş katibi Mark Rutte çərşənbə günü vaxtı gələndə Ukraynanın NATO üzvlüyü "mütləqdir", lakin Kyiv müharibə zamanı üzv ola bilməyəcəyi üçün qurum vaxt çərçivəsi verməkdən imtina edib.

Zelenski dəfələrlə Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa və Rusiyanın 2014-cü ildə Krımı birtərəfli ilhaq etməzdən əvvəl mövcud olan ərazi sərhədlərini bərpa etməyə çağırıb. Moskva bu təklifləri rədd edib.

Ukrayna ordusunun cümə axşamı bildirdiyinə görə, Rusiya qüvvələri keçən gecə ərzində Ukraynanın mərkəzi və qərbindəki əraziləri hədəf aldığı hücumlarda istifadə etdiyi 56 pilotsuz təyyarədən 22-si vurulub.

Ukrayna Hərbi Hava Qüvvələri hücumların Çerkassı, Çernihiv, Kyiv, Mikolayiv, Odesa, Poltava, Ternopil, Sumı və Jitomir vilayətləri üzərində dəf edildiyini bildirib.

Kyiv Şəhər Hərbi Administrasiyasının rəhbəri Serhiy Popko Telegram kanalında hücum zamanı bir yaşayış binasının zədələndiyini yazıb.

Qubernator Vitali Kim Rusiyanın Mikolayivdə enerji infrastrukturunu hədəf aldığını bildirib.

Sumı rəsmiləri həmçinin bildiriblər ki, Rusiyanın hücumu bir yaşayış binasına və bir neçə təcili yardım maşınına ziyan vurub.

Rusiya Müdafiə Nazirliyinin cümə axşamı bildirdiyinə görə, Ukraynanın 6 pilotsuz təyyarəsi Oryol vilayəti üzərində, 4-ü Kursk üzərində və 3-ü Bryansk üzərində məhv edilib. Həmin rayonların rəsmiləri dağıntı və tələfat barədə məlumat verməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.