ABŞ-ın “AJF Associates & İNC” təşkilatı “exit poll”un nəticələrini açıqlayıb

26-09-2016, 23:12           

ABŞ-ın “AJF Associates & İNC” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən sentyabrın 26-da seçki məntəqələrində təşkil edilmiş “exit poll”un nəticələri açıqlanıb.
Gununsesi.info xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “AJF Associates & İNC” təşkilatının Azərbaycanda bundan əvvəl parlament seçkilərində səsvermə günü “exit poll” keçirdiyini diqqətə çatdırıb. O, deyib ki, ABŞ-dan olan “exit poll”çular gün ərzində referendumda iştirak edən çoxsaylı vətəndaşların rəylərini öyrəniblər. Bu barədə təşkilatın prezidenti Corc Bornbaum məlumat verəcək.
ABŞ-ın “AJF Associates & İNC” təşkilatının prezidenti Corc Bornbaum bildirdi ki, əvvəlcədən püşk atma metodu ilə seçilmiş 100 seçki dairəsindəki 450 məntəqədə “exit-poll” keçirilib. Respondentlər sorğu prosesinə təsadüfi seçmə metoduna əsasən cəlb ediliblər.
Dünya üzrə 20-dən artıq ölkədə seçkiləri müşahidə etdiklərini bildirən Corc Bornbaum Azərbaycanda keçirilən referendumun peşəkarlıqla təşkil olunduğunu və keçirildiyini yüksək dəyərləndirərək vurğulayıb: “Referendum günü səs verən 32 min 400 nəfər arasında “exit-poll” keçirdik. “Exit poll” keçirdiyimiz məntəqələrdə seçicilərin 88,9 faizi səsvermədə fəal iştirak edib. Onlar referendumda səsverməyə çıxarılan məsələlərə “hə” deyərək, dəyişikliklərin tərəfdarı olduqlarını vurğulayıblar. Azərbaycan Respublikası ərazisində təhlükəsizliyin və müdafiənin, insan haqlarının təmin olunması ilə bağlı təkliflər müsbət qarşılanıb. Sosial təminat ilə bağlı təkliflərə isə seçicilərin 86,5 faizi müsbət cavab verib. Konstitusiya ilə bağlı dəyişiklərə dəstək verənlərin sayı daha çox olub. “Exit poll”a cəlb olunan seçicilərin 90 faizi referenduma çıxarılan məsələlərə “hə” deyib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.