Dövlət Departamenti: “ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır”

28-09-2016, 09:32           
Dövlət Departamenti: “ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır”
ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və ölkə başçısının səlahiyyətlərinin müddətinə dair məsələyə müdaxilə etmək niyyətində deyil. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib.
“Biz, bu demokratik prosesin hansı nəticələr verib-verməyəcəyi ilə bağlı nəyisə diqtə edə bilmərik. İstisna odur ki, pozuntular varsa – araşdırılmalı, qüsurlar varsa – tədqiq edilməli və aradan qaldırılmalıdır … Biz səlahiyyət müddətinin məhdudlaşdırılmasını diqtə edə bilmərik”, – deyə Torner brifinq zamanı Azərbaycanda keçirilmiş referendumda qəbul olunan normaların demokratik olub-olmamasına dair suala cavabında bildirib.
“ABŞ bundan sonra da demokratik institutların fəaliyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycanla işləmək niyyətindədir”, – deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru