"Əli Kərimlinin dəstəsi yalandan seçki məntəqəsi düzəldib" - Siyavuş Novruzov

28-09-2016, 19:47           
"Əli Kərimlinin dəstəsi yalandan seçki məntəqəsi düzəldib" - Siyavuş Novruzov
"Azərbaycanda növbəti dəfə azad, ədalətli və demokratik seçkilər keçirildi. Azərbaycan xalqı gəlib səsvermədə iştirak etdi və referendumda qoyulan məsələlərə münasibət bildirdi".

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, müşahidəçilərin fikirləri də seçkilərin demokratik şəraitdə keçirildiyini təsdiq edir: "Hər bir seçki məntəqəsində müşahidəçilərimiz müşahidəçi anketini dolduraraq təqdim edib. Biz bunları araşdırmışıq və görmüşük ki, doğrudan da insanlar bütün məntəqələrə gələrək azad şəkildə referendumda qaldırılan məsələlərə səs veriblər”.

Millət vəkili vurğulayıb ki, bəzi dairələr referenduma kölgə salmağa çalışır: “Misal üçün, “Freedom House” təşkilatı bir bəyanat yayıb. Heç bir müşahidəçisi olmadan, heç bir məntəqədə olmadan bəyan edir ki, Azərbaycanda seçki məntəqəsində pozuntular baş verib. Orada olmamısansa, bunu haradan bilirsən?! Milli Şura adlanan dərnək və Əli Kərimlinin dəstəsi yalandan məntəqə düzəldiblər və o məntəqədə özlərinə yaxın olan bir neçə adam gətirib guya qutuya bülleten atırlar. Bütün bunlar araşdırılıb, onların şəxsiyyətləri müəyyən olunub və yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru