İlham Əliyev xalqa səsləndi (VİDEO)

1-06-2015, 00:39           
İlham Əliyev xalqa səsləndi (VİDEO)
Bu həftə təbii ki, bayraq üstündə və ya bayraq altında təhvil oldu. 97 il əvvəl təməli qoyulmuş respublika mahiyyət etibarilə müxtəlif mərhələlərdən keçdi və nəhayət sonda özünün demokratik və azad məzmununu bərpa elədi.

Dövlət başçısının bayram çıxışı isə xalqa bir müraciət idi. Belə müraciətlər adətən xüsusi hallarda, taleyüklü ərəfələrdə edilir. Prezident sadəcə camaatla danışmırdı, onun çıxışında həm də xalqa hesabat, səmimi bir etiraf var idi.

Dövlət başçısının çıxışında hər bir sahə üzrə maraqlı istiqamətlər var. Amma biz prezidentin çıxışının məhz ictimai nəzarət zərutəti ilə bağlı dediklərinin üzərində dayanacağıq. Çünki burada bizim etməli olduğumuz, etdiyimiz, bəzi hallarda etmədiymiz hərəkətlərə dövlət başçısının eksklüziv münasibəti var.

“Bir adam - Prezident, yaxud da rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir” – deyə Prezident vurğulayıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.