Ursula fon der Lyayen: "Aİ qiymətləri aşağı salmaq üçün birgə enerji alışı planı hazırlayır"

8-02-2025, 11:34           
Ursula fon der Lyayen: "Aİ qiymətləri aşağı salmaq üçün birgə enerji alışı planı hazırlayır"
Avropa Komissiyası (AK) yaxın həftələrdə Avropa İttifaqının (Aİ) enerji müstəqilliyini gücləndirəcək və qalıq yanacaq qiymətlərinin dəyişməsindən asılılığını azaldacaq əlçətan enerji üzrə fəaliyyət planını təqdim edəcək.
Bu barədə AK rəhbəri Ursula fon der Lyayen Qdanskda Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında bildirib.

“Enerji resurslarının, məsələn, qazın alınmasında gücümüzü birləşdirsək, bazara ayrı-ayrı üzv dövlətlər kimi deyil, birlikdə 27 ölkə kimi daxil olmaqla mövqeyimizi xeyli gücləndirmiş olarıq”, - o deyib.

Komissarın fikrincə, belə kollektiv yanaşma Aİ-yə enerji və qalıq yanacaq bazarının dəyişkənliyindən asılılığını azaltmağa və transsərhəd əlaqələrə və şəbəkələrə lazımi investisiyaları təmin etməyə imkan verəcək.

Fon der Lyayen enerji qiymətlərinin aşağı salınmasının bu il Aİ üçün əsas prioritet olduğunu da vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru