Zelenski müharibənin 2025-ci ildə başa çatması üçün şərtlərini açıqladı
Dünən, 15:34
Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci ildə müharibənin bitməsi üçün vacib şərtlərini açıqlayıb. Böyük Britaniyanın "ITV News" telekanalına müsahibəsində Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini və Ukraynaya real təhlükəsizlik zəmanətlərinin verilməsini vacib amillər kimi göstərib.
Onun sözlərinə görə, Kiyev münaqişənin dondurulmasını qəbul etməyəcək, çünki bu, gələcəkdə yeni müharibəyə səbəb ola bilər.
Prezidentin fikrincə, Ukraynanın maraqlarına əsaslanan və beynəlxalq hüquqa söykənən ədalətli sülh planı hazırlanmalıdır.
Zelenski həmçinin 2025-ci ildə müharibəni bitirmək üçün real imkanların mövcud olduğunu və ABŞ Prezidenti Donald Trampın da buna dəstək verdiyini bildirib.