Almaniyada seçki ərəfəsində ifrat sağçı AfD-yə qarşı kütləvi etiraz aksiyası keçirilib

10-02-2025, 12:18           
ŞənAlmaniyada seçki ərəfəsində ifrat sağçı AfD-yə qarşı kütləvi etiraz aksiyası keçirilibbə günü Almaniyanın Münhen şəhərində 200 mindən çox etirazçı ölkədə keçirilən ümumi seçkilər ərəfəsində ifrat sağçı ekstremizmə qarşı aksiya keçirib.

İfrat sağçı, mühacir əleyhdarı Almaniya üçün Alternativ və ya AfD partiyası son sorğularda ikinci yerdə gəlir və 23 fevral səsverməsindən öncə ölkə daxilində geniş etirazlara səbəb olub.

Almaniyanın dpa xəbər agentliyinin məlumatına görə, hər il Oktoberfestin baş tutduğu Münhenin Teresienviese ərazisində keçirilən etiraz aksiyasına gözləniləndən xeyli çox insan qatılıb. Tədbirin təşkilatçısı 320 000-ə qədər insanın ola biləcəyini təxmin edib, onların bir çoxu AfD-yə qarşı “İrqçilik və nifrət alternativ deyil” kimi şüarların yazıldığı plakatlar qaldırıb.

Etiraz fəal qruplar, eləcə də Münhen Film Festivalı, kilsələr və Münhenin futbol klubları FC Bayern və TSV 1860 və digərləri tərəfindən dəstəklənib. Polis dpa-ya nümayişin dinc keçdiyini bildirib.

Oxşar etiraz aksiyalarına şənbə günü Hannoverdə, Rostokda və Almaniyanın başqa yerlərində böyük izdihamlar cəlb olunub. Son həftələrdə ölkə boyu bənzər nümayişlər keçirilir.

Keçən ay Berlinin Brandenburq Qapısında böyük bir izdiham fit çalıb, antifaşist mahnılar oxuyib və AfD-ni pisləyən plakatlar nümayiş etdiyib. Fəallar askiyanın Avropadakı digər ifrat sağçı partiyalara və ABŞ prezidenti Donald Trampın yeni administrasiyasına da diqqət çəkəcəyinə ümid etdiklərini bildiriblər.

Nümayişçilər bu yaxınlarda həm də sağ mərkəzçi lider və qarşıdan gələn seçkilərdə öncül namizəd olan Fridrix Merz və onun Xristian Demokratlar Partiyasının keçən ay, AfD-nin dəstəyini almasına səbəb olan parlamentə sərt yeni miqrasiya qaydalarına dair təkliflər göndərməsinə qarşı çıxıblar.

Etirazçılar deyir ki, Merz və onun partiyası bütün demokratik partiyalar tərəfindən Almaniyanın yazılmamış post-nasist vədini, AfD kimi ifrat sağçı, millətçi partiyaların dəstəyi ilə parlamentdə heç vaxt heç bir qayda və ya qətnamə qəbul etməmək vədini pozub. Merz, mövqeyinin dəyişməz olduğunu və partiya ilə işləmədiyini və işləməyəcəyini təkid edir.

12 ildir fəaliyyət göstərən AfD 2017-ci ildə o vaxtkı kansler Angela Merkelin iki il əvvəl çoxlu sayda miqrantın ölkəyə girişinə icazə vermə qərarından faydalanaraq milli parlamentə daxil olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.