İsrail Qəzzada daimi atəşkəs üçün şərtləri açıqlayıb

11-02-2025, 10:14           
İsrail Qəzzada daimi atəşkəs üçün şərtləri açıqlayıb
Qəzzada daimi atəşkəs girovların azad edilməsi və Fələstin HƏMAS hərəkatının aradan qaldırılmasından sonra mümkündür .

Bu barədə İsrail hökumətinin rəsmi nümayəndəsi David Mentzer bildirib.

Mentzer vurğulayıb ki, anklav silahsızlaşdırılmalı və deradikallaşdırılmalıdır.

Bu ərəfədə İsrailin baş naziri Binyamin Netanyahu ABŞ- a səfəri zamanı xüsusi video müraciətində bəyan edib ki, İsrail HƏMAS hərəkatını ləğv etmək və Qəzza zolağında radikallar tərəfindən saxlanılan bütün girovları geri qaytarmaq niyyətindədir.

O, həmçinin vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp İsrailin girovları qaytarmaq və Qəzzada HƏMAS-ı məhv etmək səylərini tam dəstəkləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru