Si Cinpin Rusiyaya səfər edə bilər - Peskov açıqladı
Bu gün, 17:24
Söhbət mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin ildönümünün qeyd edilməsindən və sentyabrda Pekində İkinci Dünya Müharibəsinin başa çatmasının ildönümünün qeyd olunmasından gedir.
Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar Çin sədri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinin Moskva və Pekinə qarşılıqlı səfərləri hazırlanır. Bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Söhbət mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin ildönümünün qeyd edilməsindən və sentyabrda Pekində İkinci Dünya Müharibəsinin başa çatmasının ildönümünün qeyd olunmasından gedir.
"Bəli, belə təmaslar, səfərlər hazırlanır. Biz həm həmin mühüm hadisələrin xatirəsi, ölkələrimizin nasist təzahürlərinə qarşı mübarizəyə töhfəsi, həm də ikitərəfli münasibətlərimiz üçün bu tarixlərin simvolikasına qarşılıqlı böyük əhəmiyyət veririk. Ona görə də indi belə təmaslar fəal şəkildə hazırlanır", - Peskov bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Çin Sədri Si Cinpin rusiyalı həmkarı Vladimir Putinlə videokonfrans zamanı 2025-ci ildə Rusiya ilə münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətində odlqlarını açıqlamışdı.