Tramp Putinlə görüş üçün bu ölkəni seçdi

13-02-2025, 12:40           
Tramp Putinlə görüş üçün bu ölkəni seçdi
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşməyi planlaşdırdığını bildirib.

SAVASHMEDİA.az xəbəbr verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Tramp qeyd edib ki, onun fikrincə, Putin “sülh istəyir”. 

“Düşünürəm ki, mən böyük əminliklə deyə bilərəm ki, o, bunun bitməsini istəyir", - deyə Tramp vurğulayıb.

Amerikalı prezident danışıqların hansı tarixdə baş tutacağına aydınlıq gətirməyib. 

Bundan başqa, Tramp  müdafiə naziri Pit Heqsetin Ukraynanın NATO-ya üzvlüyünün real olmadığı barədə bəyanatı ilə razılaşdığını söyləyib: “Mən bununla razıyam. Bunun praktik olduğunu düşünmürəm”.

Tramp əlavə edib ki, ölkəsi Ukraynaya yardımı davam etdirəcək, çünki onun qorunmasını istəyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru