Rutte: NATO Ukraynaya sülh danışıqlarından sonra üzvlük vəd etməyib
14-02-2025, 10:14
NATO heç vaxt Ukraynaya Rusiya ilə aparılan sülh danışıqlarının nəticəsi olaraq üzvlük vəd etməyib. Bu barədə NATO-nun Baş katibi Mark Rutte Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirləri toplantısından sonra keçirilən mətbuat konfransında bildirib.
"Vaşinqton sammitində alyans Ukraynaya üzvlük vəd etdi. Lakin heç vaxt razılaşdırılmadı ki, danışıqların nəticəsi olaraq Ukraynanın NATO-ya daxil olması reallaşacaq. Sülh razılaşmasının bir hissəsi kimi heç bir üzvlük vədi olmayıb", – deyə Rutte vurğulayıb.
Bundan əvvəl NATO baş katibi Rutte, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən telefon danışığının Ukrayna ilə bağlı mümkün danışıqların başlanğıcı təəssüratını yaratdığını bildirmişdi.