Şolts ABŞ-nin Ukrayna üzrə bəyanatına reaksiya verməyə çağırdı: "Buna imkan vermərəm"

14-02-2025, 10:41           
Şolts ABŞ-nin Ukrayna üzrə bəyanatına reaksiya verməyə çağırdı: "Buna imkan vermərəm"
"ABŞ administrasiyasının Ukrayna ilə bağlı hərəkət və bəyanatlarına reaksiya vermək lazımdır".

TASS xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Berlində jurnalistlərə deyib.

"ABŞ administrasiyasının hərəkət və bəyanatlarının Ukrayna, Avropa və bütün dünya üçün nə anlama gəldiyi gerçəkliyini hazırda dərk etməliyik. Hərəkətsizlik ölkəmizin və qitəmizin təhlükəsizliyini təhlükə altına qoymaq anlamına gələrdi, bunun baş verməsinə imkan vermərəm", - deyə o bildirib.

O.Şolts vurğulayıb ki, alman xalqına zərər yetirilməsinə yol verməməyə and içib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru