Kir Starmer Trampla ABŞ-yə planlaşdırılan səfərini müzakirə etdi

15-02-2025, 08:34           
Kir Starmer Trampla ABŞ-yə planlaşdırılan səfərini müzakirə etdi
Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

TNS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dauninq-stritin məlumatında bildirilib.

"Baş nazir dünən axşam Dauninq-stritdə Prezident Trampın Böyük Britaniyadakı xüsusi elçisi Mark Bernetti qəbul etməkdən məmnun olub. Qəbul zamanı Starmer Prezident Trampın zəngini qəbul edərək ABŞ-yə qarşıdakı səfərini müzakirə edib", - məlumatda qeyd olunub.

Starmerin Vaşinqtona planlaşdırılan səfərinin dəqiq tarixləri açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru