Mask: Almaniyanı yenidən azad etməyin vaxtıdır

18-02-2025, 16:14           
Mask: Almaniyanı yenidən azad etməyin vaxtıdır
ABŞ Dövlət İdarəçiliyinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, amerikalı milyarder İlon Mask hesab edir ki, Almaniyanı yenidən azad etmək lazımdır.
İqtisadiyyat.az xəbər verir ki, bu fikri o, "X" sosial şəbəkəsində yazıb.

"Bəli, tam ciddiyəm", – deyə Mask bir istifadəçinin “Almaniyanı yenidən azad etməyin vaxtıdırmı?” sualına cavab olaraq qeyd edib.

Dekabr ayında Mask Almaniyanı yalnız sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının hakimiyyətə gəlişinin xilas edə biləcəyini söyləmişdi. Bundan sonra "Der Spiegel" jurnalı Almaniya kanslerliyinə namizədlər Olaf Şolts, Fridrix Mers və Robert Habekin Maskı yerinə oturtmalı olduqlarını yazmışdı.

Daha sonra Mask bu siyasi qüvvənin lideri Alis Vaydelin seçki şüarını paylaşmışdı: “Avropanı yenidən möhtəşəm edək!”

"Almaniya üçün Alternativ" partiyası Avropa İttifaqının saxlanmasının tərəfdarıdır, lakin Almaniyanın Brüssel siyasətində aparıcı rolunun azaldılmasını istəyir. Partiya Aİ-nin büdcə siyasətinin dəyişdirilməsini tələb edir və Almaniyanın avrozonadan çıxmasını mümkün hesab edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru