Husi üsyançıları İsrailə Qəzzaya yardıma blokadasını aradan qaldırması üçün 4 gün vaxt verib
Bu gün, 16:24

Yəmənin husi üsyançılarının lideri cümə günü bildirib ki, İsrail dörd gün ərzində Qəzzaya yardımın axınına tətbiq etdiyi blokadanı aradan qaldırmsa, qrup İsrailə qarşı dəniz əməliyyatlarını bərpa edəcək.
İranla yaxın olan hərəkat 2023-cü ilin noyabrdan başlayaraq gəmiçiliyi hədəf alan 100-dən çox hücum həyata keçirib və İsrailin Qəzzada ABŞ-ın terror qrupu kimi tanıdığı HƏMAS-la müharibəsində fələstinlilərlə həmrəy olduğunu bildirib.
Bu dövrdə qrup qlobal daşınmalarda pozuntulaa səbəb olan hücumlarında iki gəmini batırıb, bir digərini ələ keçirib, ən azı dörd gəmiçini öldürüb. Bu pozuntular səbəbilə şirkətlər Afrikanın cənubu ətrafından keçən daha uzun və daha bahalı yoldan istifadə etməyə qərar verib.
“Biz dörd günlük möhlət verəcəyik. Bu möhlət Qəzzada atəşkəslə bağlı danışıqlar aparan vasitəçilərə səyləri üçün verilir,” üsyançı qrup bildirib.
“Əgər israilli düşmən dörd gündən sonra Qəzzaya humanitar yardımın axınının qarşısını almağa davam edərsə və keçid məntəqələrini tamamilə bağlamağa davam edərsə, biz İsrail düşməninə qarşı dəniz əməliyyatlarımızı bərpa edəcəyik,” qrup bildirib.
Martın 2-də İsrail yardım maşınlarının Qəzzaya daxil olmasını blok edərək, HƏMAS-ı yardımı oğurlamaqda və fələstinlilərin ona çıxış əldə etməsinin qarşısını almaqda ittiham edib.
HƏMAS cümə günü husilərin açıqlamasını alqışlayıb. “Bu cəsur qərar … onların [husilərin]...Qəzzada 15 aydır davam edən müharibə boyu verdikləri dəstək və yardım mövqeyinin uzadılmasıdır,” HƏMAS bildirib.
Yəmənin böyük bir hissəsinə nəzarət edən husilər həmçinin fevral ayında bildirib ki, Birləşmiş Ştatlar və İsrail fələstinliləri məcburi bir şəkildə Qəzzadan çıxarmağa çalışsa, onlar silahlı əməliyyata başlayacaqlar.