Rubio USAID proqramlarının 83 faizinin kəsildiyini bildirib
Dünən, 09:38

Dövlət katibi Marko Rubio bazar ertəsi bildirib ki, Tramp administrasiyası altmış ildir mövcud olan ABŞ-ın Beynəlxalq Yardım Agentliyində altı həftədir davam edən ixtisarları başa çatdırıb. O, qalan 18 faiz yardım və inkişaf proqramlarını Dövlət Departamentinin nəzarəti altına köçürəcəyini bildirib.
Rubio bu açıqlamanı X-də edib. Bu, onun Trampın Dövlət Deparamentinə təyin etdiyi rəmsilər və İlon Maskın Dövlətin Səmərəliliyi Departamentindəki komandalar tərəfindən həytata keçirilən ABŞ-ın xarici yardım və inkişaf proqramlarındakı tarixi dəyişiklik barədə çox az sayda ictimai çıxışlarından biridir.
Rubio daha öncə DOGE-a və xarici yardımda “bu gecikmiş və tarixi islahata nail olmaq üçün çox uzun saatlar işləyən çalışqan işçilərimizə” minnətdarlığını çatdıran post paylaşıb.
Prezident Donald Tramp yanvarın 20-də xarici yardım maliyyəsinin dayandırmasına və ABŞ-ın xaricdə həyata keçirdiyi yardım və inkişaf sahəsindəki işlərin nəzərdən keçirilməsinə dair sərəncam imzalayıb. Tramp xarici yardımın böyük hissəsinin israf edildiyini və liberal gündəliyi təbliğ etdiyini iddia edib.
Rubionun bazar ertəsi sosial mediada paylaşdığı postda deyilir ki, proqramların nəzərdən keçirilməsi “rəsmi olaraq başa çatır” və USAID-in 6200 proqramından təxminən 5200-ü ləğv edilib.
Rubio yazıb ki, bu proqramlar “Birləşmiş Ştatların əsas milli maraqlarına xidmət etməyən (bəzi hallarda hətta onlara ziyan vuran) yolda on milyardlarla dollar pul xərcləyib.”
“”Biz, Konqreslə məsləhətləşərək, saxladığımız 18 faiz proqramların Dövlət Departamenti altında daha effketiv bir şəkildə həyata keçirilməsini nəzərdə tuturuq,” o deyib. Demokrat qanunvericilər və başqları Konqes tərəfindən maliyyələşdirilən proqramları qeyri-qanuni adlandıraraq, belə bir addım üçün Konqresin təsdiqinə ehtiyacın olduğunu bildirir.
Dövlət Departamenti bu ayın əvvəlində USAID-in tez bir şəkildə bağlanması səbəbilə üzləşdiyi bir neçə məhkəmə işindən birində USAID proqramlarının 90 faizindən çoxunu kəsdiyini bildirib. Rubio isə postda nə kəsilən proqramların nisbətinin niyə bundan az olduğuna dair heç bir izahat verməyib, nə də Dövlət Deaprtamentinin onları necə idarə edəcəyinə dair təfərrüatları açıqlamayıb.