"Bu halda Azərbaycanla müharibə qaçılmaz olacaq" - Paşinyanın qapalı görüşü ilə bağlı gizlinlər ORTAYA ÇIXDI
Dünən, 12:59
“Nikol Paşinyan partiya yoldaşlarını xalqı müharibə ilə qorxutmağa çağırıb”.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat dərc edib.
Bildirilir ki, Nikol Paşinyan “Mülki müqavilə” partiyasının parlament fraksiyasının üzvləri ilə növbəti qapalı görüş keçirib. Burada hökumətin və parlament kollegiyasının üzvləri də iştirak edib.
Rəsmi açıqlamaya görə, Azərbaycanla davam edən sülh prosesi ətrafında müzakirələr aparılıb.
Ancaq “Hraparak” qapalı görüşlə bağlı bəzi detalları açıqlayıb:
“Xatırlatmaq istərdik ki, cəmi bir həftə əvvəl Paşinyan partiya fraksiyası ilə eyni mövzuda qapalı görüş keçirib. Görüşdə Paşinyan partiya üzvlərinə bildirib ki, sülh prosesi ləngiyir, Azərbaycan isə dəhliz tələbindən əl çəkmir. Paşinyan deyib ki, Ermənistan bundan imtina etsə, müharibə qaçılmaz olacaq. O, hər şeyin hamıya aydın olması üçün bu barədə ictimaiyyəti fəal şəkildə məlumatlandırmağı tapşırıb. Yeri gəlmişkən, son həftələr partiya üzvləri Zəngəzura tez-tez baş çəkirlər. Məsələn, ötən həftə iqtisadiyyat naziri Gevorq Papoyan iki dəfə ora gedib və partiya yoldaşları ilə görüşlər keçirib. Görünən odur ki, Paşinyan onlara göstəriş verib və öz növbəsində Zəngəzurda yaşayan erməniləri müharibə ilə qorxutmağı tapşırıb”, – nəşr vurğulayıb.