İsrail və Livan ABŞ-nin rəhbərliyi ilə danışıqlara başlayır

12-03-2025, 10:18           
İsrail və Livan ABŞ-nin rəhbərliyi ilə danışıqlara başlayır
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisinin müavini Morqan Ortaqus İsrail və Livan arasında sərhəd məsələlərinin həlli üçün əldə olunan razılaşmanı açıqlayıb.

Diplomat bu barədə “Al Jadeed” telekanalına müsahibəsində bildirib.

O, Vaşinqtonun tərəflər arasında vasitəçi kimi çıxış edəcəyini söyləyib.

"İsrail və Livan ABŞ-nin himayəsi altında quru sərhədləri ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün danışıqlara başlamaq barədə razılığa gəliblər. Qalan məsələlərin həlli ilə bağlı işçi qrupları yaratdıq", - Ortaqus əlavə edib.\\Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru