Paşinyan türk jurnalistə nələr danışıb? – Açıqlandı

12-03-2025, 09:31           
Paşinyan türk jurnalistə nələr danışıb? – Açıqlandı
Ermənistanın Baş naziri Nikol Paşinyanın türkiyəli jurnalistlərə müsahibəsinin detalları ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Bəzi bilgilərə görə, Nikol Paşinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədin ilkin şərt olmadan açılması, eləcə də “erməni soyqırımı”nın tanınma tarixinə yenidən nəzər salmaq və Mehri vasitəsilə maneəsiz dəmir yolu yüklərinin daşınmasını təmin etmək istədiyini bildirib”.

Nəşr qeyd edib ki, bu, mahiyyət etibarı ilə Paşinyanın Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğanla yaxın təmasda olması deməkdir:

“Onun hakimiyyətini saxlamaq müqabilində Rusiyanı Türkiyə ilə əvəzləməyə hazır olması barədə şayiələr də təsdiqlənir”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə ilk müsahibəsini verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru