Rusiyadan Aİ-yə cavab: Bəzi Avropa nümayəndələrinin ölkəyə giriş qadağan edildi

Bu gün, 17:44           
Rusiyadan Aİ-yə cavab: Bəzi Avropa nümayəndələrinin ölkəyə giriş qadağan edildi
Moskva Avropa İttifaqının (Aİ) 16-cı sanksiya paketinə cavab olaraq, ölkəyə girişi qadağan edilən Avropa institutlarının və ittifaqın üzv ölkələrinin nümayəndələrinin siyahısını genişləndirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytı xəbər verir.

Rusiya XİN-in məlumatında deyilir: "Söhbət Ukraynaya hərbi yardım göstərməyə görə məsul olan, ölkəmizin ərazi bütövlüyünün sarsıdılmasına və Baltik dənizində Rusiya gəmilərinin hərəkətinin blokadasının təşkilinə yönəlik fəaliyyət aparan Aİ ölkələrinin güc qurumlarının, dövlət və kommersiya təşkilatlarının nümayəndələrindən, Aİ-nin üzv ölkələrinin vətəndaşlarından gedir".

Qeyd edək ki, Aİ və Böyük Britaniya fevralın 24-də Rusiyaya qarşı sanksiyaların 16-cı paketini tətbiq edib. Tədbirlər Rusiya iqtisadiyyatının əsas sektorlarına, o cümlədən bank sektoruna, metallurgiyaya və logistikaya, həmçinin ölkənin artıq tətbiq edilmiş məhdudiyyətlərdən yan keçməsinə kömək edən şəxslərə qarşı yönəldilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.