"Yəməndəki əməliyyat İrana təzyiq strategiyasının başlanğıcıdır" - ABŞ-nin maliyyə naziri

17-03-2025, 16:14           
"Yəməndəki əməliyyat İrana təzyiq strategiyasının başlanğıcıdır" - ABŞ-nin maliyyə naziri
Yəməndə husilərə qarşı əməliyyat Donald Tramp administrasiyasının İrana maksimum təzyiq göstərmək strategiyasının başlanğıcıdır.

“Report” xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent "NBC News" telekanalına müsahibəsində bildirib.

"Bu, güclü siqnaldır və əvvəlki administrasiyanın siyasətindən köklü şəkildə uzaqlaşmadır. Husilər və İran başa düşməlidirlər ki, bu, yalnız başlanğıcdır. İki həftə əvvəl Tramp İrana qarşı maksimum təzyiq strategiyasını açıqlamışdı. Bu strategiyanın məqsədi İran neftinin ixracını sıfıra endirməkdir", - nazir deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib. O qeyd edib ki, hərbçilər terrorçuların bazaları və raketdən müdafiə sistemlərinə hava zərbələri endirirlər. Hücumlar nəticəsində 30-dan çox insan həlak olub, 101 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru