İRƏVANA DƏHŞƏTLİ SİLAHLAR HƏDİYYƏ EDİLDİ - Savaş başlayır? + VİDEO
Bu gün, 12:57
AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramında Ermənistanın sürətlə silahlanmasının səbəbləri haqqında danışılıb.
Rövşən Məmmədov proqramda bunları deyib: “Müşahidələr də göstərir ki, bu gün Ermənistan oyunlarını 2 əsas istiqamətdə davam etdirir. Bunlar hansılardır? Birinci, hərbi ritorikanı gücləndirir. Faktlar da bu versiyanı təsdiqləyir. Belə ki, bəzi məlumatlara görə, rəsmi İrəvan aprelin 1-dən iyunun 13-dək olan tarixlər arasında ehtiyatda olan hərbçilərin toplanışını keçirməyi planlaşdırır. Yeri gəlmişkən, toplanış 2 ay yarıma qədər davam edəcək ki, bu da standart təlim müddəti deyil. Deməli, məğlub tərəf daha ciddi planlar qurur. İkincisi, avropalı müşahidəçilərin xeyli fəallaşması, onların sərhəd boyunca, xüsusilə də, mümkün toqquşma zonalarında kəşfiyyat işləri aparması, sistematik olaraq öz aləmlərində Azərbaycanın zəif mövqelərini müəyyənləşdirmək cəhdləri özlüyündə çox ciddi mətləblərdən xəbər verir.”