ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə “çox yaxşı” telefon danışığının olduğunu deyib. Bu barədə ABŞ prezidenti "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, söhbət bir saata yaxın davam edib və əsasən Trampın bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarına əsaslanıb.