Ukrayna-ABŞ danışıqları: artıq 9 saat keçdi...

25-03-2025, 08:44           
Ukrayna-ABŞ danışıqları: artıq 9 saat keçdi...
Rusiya və ABŞ nümayəndə heyətləri bu gün Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00) Ər-Riyadda Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara başlayıb.

Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviri Sergey Beseda rəhbərlik edir.

***

Rusiya və ABŞ arasında Ər-Riyadda keçirilən görüşdə ikinci hissə başlayıb.

Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında danışıqlar artıq 6 saatdan çoxdur davam edir.

Qeyd edək ki, danışıqlar aparan nümayəndələr iki dəfə fasiləyə çıxıblar. İlk fasilə Moskva vaxtı ilə saat 13:00 radələrində elan edilib. Saat yarımdan sonra nümayəndə heyətləri görüşlərini davam etdiriblər.

İkinci qısa fasilə təxminən saat 16:00-da olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru