Ramzan Kadırov azyaşlı oğlu Adəmi respublika üzrə Daxili İşlər Nazirliyinin kuratoru təyin edib.

2-04-2025, 10:54           
Ramzan Kadırov azyaşlı oğlu Adəmi respublika üzrə Daxili İşlər Nazirliyinin kuratoru təyin edib.
Dəlixanada yeni təyinat...
Çeçenistanın başçısı Kadırov 17 yaşlı oğlunu Çeçenistan Daxili İşlər Nazirliyinin kuratoru təyin edib. O da dərhal medallar paylayıb və təhlükəsizlik işçiləri təyin edib.
Çeçenistanda absurd teatrı davam edir: Ramzan Kadırov azyaşlı oğlu Adəmi respublika üzrə Daxili İşlər Nazirliyinin kuratoru təyin edib. Bu barədə “Rossiya 1 Vaynax”ın yerli bölməsi məlumat yayıb.
Adəm təyin olunandan dərhal sonra Daxili İşlər Nazirliyinin iclasına sədrlik edib, daxili mühafizəyə yeni rəis təyin edib, əməkdaşlara medallar təqdim edib, bir sözlə, "kişi" özünü əsl general kimi aparıb.
Çeçenistanın təhlükəsizlik qüvvələri indi təcrübəsiz bir yeniyetmənin “nəzarəti” altındadır. İclasda hamı oturur, gülümsəyir və balaca Kadırovun təyinatına əl çalır - əks halda onlar masa arxasında deyil, həbsxana çarpayılarındada "dincəlməli" ola bilərlər.
Dadash Ahmadli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru