Rusiya və ABŞ münasibətlərin normallaşdırılması üzrə yeni görüş hazırlayır

2-04-2025, 10:44           
Rusiya və ABŞ münasibətlərin normallaşdırılması üzrə yeni görüş hazırlayır
Rusiya və ABŞ ikitərəfli münasibətləri normallaşdırmaq üçün yeni görüş hazırlayır.

TASS xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.

Rusiya XİN başçısının sözlərinə görə, Moskva və Vaşinqton iki ölkə prezidentinin razılığı ilə səfirliklərin işinə ciddi mane olan “qıcıqlandırıcı” məsələlərin aradan qaldırılması mövzusu üzərində işləyirlər.

“İstanbulda görüş oldu, hazırda ikinci görüş hazırlanır, eyni zamanda, telefon və videokonfrans vasitəsilə təmaslar qurulur. Proqnoz vermək istəmirəm, lakin irəliləyiş olduğunu və amerikalı tərəfdaşlarımızın diplomatik praktika baxımından tamamilə qəbuledilməz olan diplomatların paytaxtlarda normal işinə mane törədən məsələləri aradan qaldırmaq istəyini görürük”, - Lavrov deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru