Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

14-04-2025, 15:14           
Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb
Suriya təhlükəsizlik qüvvələri Hələb şəhərinin şimalında yerləşən kürd rayonu Şeyx Maqsudda öz bölmələrini yerləşdirməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Agentliyə görə, yerləşdirmə prosesi bu rayonda təhlükəsizliyin gücləndirilməsi tədbirləri çərçivəsində kürd “Suriya Demokratik Qüvvələri” (SDF) dəstələri ilə koordinasiyada həyata keçirilir.

Xatırladaq ki, aprelin 9-da Dəməşqdəki iqtidarla razılaşma əsasında Əşrəfiyə və Şeyx Maqsud kürd rayonlarını təxminən 500 döyüşçüdən ibarət SDF dəstələrinin ikinci kolonu tərk edib. Aprelin 4-də rayonları təxminən 450 SDF nümayəndəsi tərk edib.

Aprelin 1-də SDF komandanlığı və Dəməşqdəki keçid hökuməti arasında əldə edilmiş razılaşmaya əsasən, qalan kürd dəstələri ictimai təhlükəsizlik qüvvələrinin strukturlarına daxil olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.